Ana Sayfa > Xəbər > Xəyyam Nisanov evlənməyə hazırlaşır

Xəyyam Nisanov evlənməyə hazırlaşır


2-09-2015, 16:04. Yazar: admin
Xəyyam Nisanov evlənməyə hazırlaşır
Müğənni Xəyyam Nisanov sevgidən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində evlənməyə hazırlaşdığını deyib:

“Sevməyi xoşlayıram. Heç vaxt sevgidə peşman olmamışam. Sevgi bağça illərindən yaranır. 6 yaşımda getdiyim bağçada müəllimləri incitmişəm. Yaxınlıqdakı digər bağçadakı qıza vurulmuşam. Günortalar yatmır, qaçıb ora gedirmişəm. Axırda müəllimlər şikayət edib, valideynlərim də məni həmin bağçaya keçiriblər. Daha sonra 6-cı sinifdə oxuyanda sevmişəm. İndi də sevirəm. Evlənməyə hazırlaşıram. Namizədim də var. Bunu etiraf etdikdən sonra pərəstişkarlarımın azalacağı kimi bir qorxum da yoxdur. Mən bir insanı sevirəmsə, yalnız onu istəyəcəm”.

Geri dön