Ana Sayfa > Xəbər > Ukraynada daha bir qvardiyacı öldü

Ukraynada daha bir qvardiyacı öldü


1-09-2015, 15:54. Yazar: admin
Ukraynada daha bir qvardiyacı öldü
Avqustun 31-də Ukrayna parlamentinin qarşısında törədilən partlayışda ölənlərin sayı 2 nəfərə çatıb.

Milli Qvardiyanın üzvü Dimitry Slastikov aldığı xəsarətdən keçinib.

Bu barədə sentyabrın 31-də daxili işlər naziri Arsen Avakov mılumat yayıb.

Baş nazir Arseniy Yatsenyuk bu zorakılığa görə, qatı millətçiləri günahlandırıb.

Partlayış nəticəsində 140-dan çox adam xəstəxanaya düşüb.

Yatsenyuk canlı yayımda sağçı etirazçıların Ukraynanın şərqindəki rusiyapərəst separatçılardan pis olduğunu deyib.

Həmçinin ABŞ, Almaniya, Avropa Birliyi və Rusiya da daxil olmaqla bu insidenti pisləyib və Ukrayna parlamentini hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı işi davam etdirməyə çağırıb.

Bu bu ilin fevralında Minskdə əldə olunmuş atəşkəs sazişində nəzərdə tutulur.

Söhbət Donbas və Luqansk da daxil olmaqla separatçıların nəzarətində olan Ukraynanın şərqindəki regionlara yerli özünüidarə səlahiyyəti verilməsindən gedir.

Ukrayna parlamenti avqustun 31-də bununla bağlı konstitusiyaya düzəlişləri birinci oxunuşda qəbul edib.

Radikal Partiya da daxil olmaqla bir sıra deputatlar buna qarşıdır.

Ali Radanın qarşısındakı qarşıdurma da səsvermədən sonra baş verib.

Geri dön