Ana Sayfa > Xəbər > "Ərimi o qadın öldürüb"
"Ərimi o qadın öldürüb"12-08-2015, 17:07. Yazar: admin |
Ukraynada boğazı kəsilərək öldürülən iş adamı Emir Cevdet Şaşmazın sevgilisi olduğunu iddia edən Vicdan Vatanseverə cavab gəlib. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Emirin həyat yoldaşı, müğənni və model Nazlı Hamarat "o qadın ərimin sevgilisi deyil, köməkçisi idi, cinayəti o da edə bilər" deyib. Emir Cevdetin Kievdə bir binanın arxasında boğazı kəsilmiş halda tapılmasından sonra Vicdan Vatansever İnstaqramda yazıb: "Can yoldaşımı, həyat dostumu, digər yarımı itirdim. Əllərim qandallı mane ola bilmədim, o şərəfsiz itin əlindən səni ala bilmədim. Dodaqlarından tökülən son "səni sevirəm" mənə aiddir. Yaşaya bilmədiyimiz sevgimizə kədərlənirəm". Hamarat isə bu iddialar qarşısında səssiz qalmayaraq gözlənilməz iddia irəli sürüb: "Ərim Ukraynaya iş üçün getmişdi. Yanındakı qız da kuryer idi və brilyant daşıyırdı O qız şübhəlidir. Orada həyat yoldaşımla iki qız da vardı, tək deyildilər. Prodüserimlə razılaşmam var, daha çox danışa bilmərəm. Hazırda dəfn mərasimini gözləyirəm". Qeyd edək ki, Nazlı Hamarat TV8-də yayımlanan "İşte benim stilim" dəb yarışmasının üçüncüsü olub. Geri dön |