Ana Sayfa > Xəbər > PKK terroru və "İŞİD" başkəsənliyi nağıl kimi xatırlanana bilər”
PKK terroru və "İŞİD" başkəsənliyi nağıl kimi xatırlanana bilər”12-08-2015, 15:20. Yazar: admin |
“İndi Türkiyə özünün çox ağır bir dönəminə qadəm qoyur”. Hafta.az-ın verdiyi xəbərə görə, bunu politoloq Ərəstun Oruclu Türkiyədə baş verənlərə münasibət bildirərkən deyib. Şərq–Qərb Araşdırmaları Mərkəzi (ŞQAM) rəhbərinin sözlərinə görə, xarici dairələr indi Türkiyəni separatçıların əli ilə zəiflətməyə çalışır: “Hakimiyyət böhranının davam etməsi fonunda xaricdən dəstəklənən separatçıların-terrorçuların əli ilə Türkiyəni zəiflətmək, mümkün olarsa bəlkə də çökdürmək və parçalamaq istəyirlər. Bu avantüralar təkcə Türkiyə üçün deyil, bütövlükdə böyük bir bölgə üçün ciddi təhdidə çevrilməkdədir. Çünki toqquşan maraqların hələlik terrorçuların vasitəsilə çözülməsi sonda səmərəliliyini itirə və maraq sahibi dövlətlərin özünün böyük savaşa çəkilməsinə keçə bilər. Bu baş verəcəyi halda isə PKK terroru və İŞİD başkəsənliyi nağıl kimi xatırlanacaq”. Geri dön |