Ana Sayfa > Xəbər > Azərbaycanda "avtoş" 62 yaşlı qadını öldürdü
Azərbaycanda "avtoş" 62 yaşlı qadını öldürdü11-08-2015, 18:10. Yazar: admin |
Göyçay rayonunda bir nəfərin ölümü, birinin də yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Göyçay rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Göyçay rayon sakini 1953-cü il təvəllüdlü Validə Cəfər qızı Əhmədova, nəvəsi 1995-ci il təvəllüdü Murad Elbrus oğlu Məhərrəmovla yolu keçərkən 23-BH-971 dövlət nömrə nişanlı “QAZ 3110” markalı minik avtomobili onları vurub. 62 yaşlı Validə Əhmədova yerindəcə keçinib. Nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdü Ruslan Niyaz oğlu Kərimov həbs edilib. Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır. Bundan əvvəl də Bakıda da piyadanı avtomobil vuraraq öldürmüşdü. Hadisə nəticəsində dünyasını dəyişən şəxs müəllimə olub. Geri dön |