Ana Sayfa > Xəbər > “Niyə bizim camaatı zəhərləmək istəyirlər?”
“Niyə bizim camaatı zəhərləmək istəyirlər?”11-08-2015, 17:23. Yazar: admin |
Teleaparıcı Aytən Səfərova super-marketlərdə satılan “Pangasius” balığının zərərlərindən bəhs edib. “Qafqazinfo”nun məlumatına görə, bu haqda sosial şəbəkədə yazan teleaparıcı sözügedən məhsulu Azərbaycan bazarına çıxaranları qınayıb: “ Deyilənə görə, dünyanın bir çox ölkələrində “Pangasius” balığını ya mal-qaraya yedirirlər, ya da ən kasıb, hətta dilənçi günündə olan insanlara acından ölməmələri üçün satırlar. Bəzi işbazlar isə çirkabda artırılan, ətindən isə xeyirdən çox zərər gələn bu balığı qəpik-quruşa alıb gətirirlər, bizim ölkə kimi digər ölkələrdə qəşəng qablaşdırılıb satırlar, qəşəng də pul qazanırlar. Anlamıram, niyə “Bazarstore” kimi özünü mötəbər sayan bir super-marketdə bu balığı bizim camaata “sırıyırlar”? Azərbaycanda kifayət qədər para qazanan türk abilər, sağlamlığımızı paralamaq nəyə lazımdır?! Bəs, Azərbaycanın müvaffiq strukturlarında oturan kostyumlu “mütəxəssislər” hara baxır? Niyə bizim camaatı zəhərləmək istəyirlər? Bəlkə mən nəsə anlamıram? Qarşı tərəfin mövqeyini bilmək xoş olardı”. Geri dön |