Ana Sayfa > Xəbər > İŞİD üzvləri Suriyada ismaililərin yaşadıqları kəndə hücumda 30 sakini öldürüblər
İŞİD üzvləri Suriyada ismaililərin yaşadıqları kəndə hücumda 30 sakini öldürüblər31-03-2015, 17:08. Yazar: admin |
"İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləri ötən gecə Suriyanın Həma əyalətinin şərqindəki, əsasən ismaililərin məskunlaşdıqları əl-Məbuca kəndinə qəfil hücum ediblər. SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, İŞİD quldurları gecə saatlarında həyata keçirdikləri hücumda 30 sakini güllələyib, yandırıb, bəzilərinin isə başını kəsiblər. Kənd hökumət ordusuna tabe olan yerli müdafiə bölmələrinin hücumu ilə geri alınıb. Burada ordu və yerli müdafiə qüvvələrinin altı əsgəri həlak olub. Suriya mənbələrinin məlumatına əsasən, ordu qüvvələri bu səhər ətraf bölgələrə nüfuz edən İŞİD təkfirçilərinin mövqelərinə hava zərbələri endirib. Geri dön |