Ana Sayfa > Xəbər > BP Azərbaycanda yeni kəşfiyyat qazma işi planlaşdırır

BP Azərbaycanda yeni kəşfiyyat qazma işi planlaşdırır


11-08-2015, 15:32. Yazar: admin
BP Azərbaycanda yeni kəşfiyyat qazma işi planlaşdırır
Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorunda “Şəfəq-Asiman” blokunda birinci kəşfiyyat qazma işlərini planlaşdırmağa başlayır.

Trend xəbər verir ki, bu barədə BP-nin Azərbaycanda bu ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatında deyilir.

Məlumatda bildirilir ki, 2015-ci ilin I yarımilində “Şəfəq-Asiman” blokunda seysmik məlumatların interpretasiyası üzrə işlər başa çatıb: “İşlər 18 ay davam edib. İlk kəşfiyyat quyusunun qazılmasını planlaşdırmaq üçün təqribən bir il lazım olacaq”.

Geri dön