Ana Sayfa > Xəbər > Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq
Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq11-08-2015, 13:08. Yazar: admin |
Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir. Bunu “APA-Economics”ə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Muradoğlu bildirib. “Bakı-Tiflis-Ərzurum boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq. Əlavə təhlükəsizlik tədbirləri, təbii ki, həyata keçirilir, amma bununla bağlı detallı şəkildə açıqlama verə bilmərəm”, - deyə R.Aykul bildirib. Bakı-Tiflis-Ərzurum boru xəttində qazın nəqlinin bərpasına gəlincə, nazirlik rəsmisi bildirib ki, hal-hazırda partlayış baş verən hissədə boru xətinin təmir-bərpa işləri davam etdirilir. Onun sözlərinə görə qısa zamanda təmir işləri yekunlaşacaq. Qeyd edək ki, avqustun 4-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz kəmərinin Türkiyə ərazisində yerləşən Sarıkamış Yağbasan kəndindəki hissəsində PKK-nın hücumu nəticəsində partlayış baş verib və nəticədə bölgəyə mavi yanacağın nəqli dayandırılıb. Geri dön |