Ana Sayfa > Xəbər > ŞOK: Türkiyədə işıqlar söndü, prokuroru girov götürdülər
ŞOK: Türkiyədə işıqlar söndü, prokuroru girov götürdülər31-03-2015, 17:05. Yazar: admin |
Prokuroru girov götürən şəxslərin tələbləri məlum olub. Lent.az-ın məlumatına görə, onlar prokurorun buraxılması müqabilində aşağıdakı şərtlərinin qəbul edilməsini istəyir: Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələri, - Həmin polislərin "xalq məhkəməsi"ndə mühakimə olunması, - Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan, barəsində cinayət işi açılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi, işdən çıxarılanların bərpası, - Aksiyanı həyata keçirənlərin Ədliyyə Sarayından sərbəst çıxmalarına şərait yaradılması.... - Bərkin Əlvanın cinayət işi ilə bağlı işçi qrupunun yaradılması ** 16:10 Türkiyədə prokuror öz otağında girov götürülüb. Lent.az-ın “miliyyet.com.tr”-yə istinadən məlumatına görə, 2013-cü ildə "Gəzi parkı" olaylarında polis tərəfindən öldürülən Bərkin Elvanın cinayət işini aparan prokuror Məhmət Səlim Çağlayan öz otağında girov götürülməsi ilə bağlı xəbər yayılıb. Xəbərdə otaqdan silah səsinin eşidildiyi deyilib. Hadisə yerinə polis əməkdaşları çağırılıb. Prokuroru radikal sol yönümlü DHKP-c (İnqilabçı Xalq Qurtuluş Partiyası) təşkilatının üzvlərinin girov götürdüyü bildirilir. Geri dön |