Ana Sayfa > Xəbər > Neft İrana görə 10 dollar ucuzlaşacaq
Neft İrana görə 10 dollar ucuzlaşacaq11-08-2015, 12:33. Yazar: admin |
İrana qarşı sanksiyanın götürülməsi dünyada neft bazarına və İran iqtisadiyyatına kifayət qədər təsir edəcək. İranın dünya bazarına tam qayıdışı 2016-cı ildə neftin bir barrelinin dəyərinin 10 dollar aşağı düşməsinə gətirəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda Dünya Bankının məruzəsində qeyd edilib. Dünya Bankı ekspertlərinin fikrincə, sanksiyaların ləğvi gələn il İran iqtisadiyyatına 5 faizlik yüksəlişlə nəticələnəcək. Sənəddə qeyd edilir ki, Böyük Britaniya, Çin, Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanı da İranla ticarət dövriyyəsinin artmasından qazanc əldə edə biləcəklər. Bu islam ölkəsinə yatırılan investisiyaların həcmi isə 3 milyard dollara çata bilər. Geri dön |