Ana Sayfa > Xəbər > "İş adamlarının da qeyri-rəsmi tərəfləri var" - Tural Bayraməliyev
"İş adamlarının da qeyri-rəsmi tərəfləri var" - Tural Bayraməliyev11-08-2015, 10:49. Yazar: admin |
Bəstəkar-şair Tural Bayraməliyev ictimai-siyasi probemlərdən bəhs edib. Axşam.az-ın məlumatına görə, eyni zamanda iş adamı olan T.Bayraməliyev onun yaradıcılığına təsirindən danışıb: "İş adamlarının da qeyri-rəsmi tərəfləri var. Sevən bir qəlbin olması istedadı üzə çıxarır. Kimi şeir yazır, kimi mahnı bəstələyir, kimi də rəsm çəkir. Bəzən onlar üçün bir əsər yaratmaq bir ömür sevincinə bərabər olur. Şairlik özü bir növ ictimai gündəmdə olan söz sahibinə şamil olunur. Siyasətlə heç zaman əlaqəm olmayıb. Amma içimdə sevgidən yaranan hislər olub ki, hər zaman istəmişəm xalqımıza, dövlətimizə, vətənimizə layiqincə xidmət edim. Buna vətənpərvər şeirlərimdə də rast gəlmək mümkündür. Məncə indiki nəsil ədəbiyyatda yetəri qədər sözünü deyə bilir, açıq fikirlidir". T.Bayraməliyev yaşlı nəslin gənc yazarları tənqid etməsindən də söz açıb: "Yaşlı nəslin mövqeyinə çox önəm verirəm. Hətta böyük yaş fərqi ilə dostluq etdiyim qələmdaşlarım var. Fikir mübadilələrimiz olur. İlk şeirlərimi məhz onlarla məsləhətləşirəm. Yazıçılar Birliyinin sədri Anar müəllimin tövsiyələrinə biganə deyiləm. Kitablarını oxumuşam. Ən yaxşı əsər təbii ki, bizim də yaradıcılıq inkişafımıza töhfəsini verir. Hər bir deyilən və yazılan söz bizim vətəndaş mövqeyimizin göstəricisidir. Ona görə də, yüz düşünüb, bir danışmaq vacibdir. Xüsusilə qeyd edim ki, Ulu öndərimiz müdrik bir insan olub. O gələcəyi görərək hər zaman gəncliyə böyük əhəmiyyət verib. Biz onun davamçıları olmağın qürurunu yaşayırıq". Şair idmana göstərdiyi marağı da etiraf edib: "Hər hansı bir ölkəni dünyada tanıtdıran iki amil var – biri mədəniyyət, digəri idmandır. Birinci Avropa Oyunları çox təmtəraqlı bir yarış oldu ki, bu da bütün dünyaya səs saldı. Bundan gözəl uğur necə ola bilər? Yenidən bu oyunların keçirilməsini səbirsizliklə gözləyirəm. Çünki idmana marağım böyükdür". Geri dön |