Ana Sayfa > Xəbər > Çaqqallar Əlibəyliyə hücum edib

Çaqqallar Əlibəyliyə hücum edib


10-08-2015, 14:33. Yazar: admin
Çaqqallar Əlibəyliyə hücum edib
Zərdab rayonunda kəndə vəhşi heyvanların hücumu qeydə alınıb. APA-nın yerli bürosunun kənd sakinlərinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Mustafa Əhmədovun fərdi təsərrüfatına hücum çəkən çaqqallar çoxlu sayda hinduşka və toyuq-cücəni, Fəridə Qasımovaya məxsus tövlədə isə 1 baş buzovu parçalayaraq tələf ediblər.

Yerli sakinlər Kür sahilində yerləşən Əlibəyli və ətraf kəndlərdə tez-tez analoji hadisələrin baş verdiyini bildirirlər. Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını deyiblər.

Geri dön