Ana Sayfa > Xəbər > "Sevil massivi" "qurbanları" mətbuat konfransı keçirdi

"Sevil massivi" "qurbanları" mətbuat konfransı keçirdi


10-08-2015, 12:35. Yazar: admin
"Sevil massivi" "qurbanları" mətbuat konfransı keçirdi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Sevil massivi"ndə torpaq və mənzil almış şəxslər mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, mətbuat konfransı keçirən şəxslər onlara dəymiş maddi ziyanın ödənməsini, hazırda bu işlə bağlı həbsdə olan şəxslərin azad edilməsini, Hökməli bələdiyyəsinin keçmiş sədri Mirnemət Mirhadiyev haqqında həbs qəti-imkan tədbirinin seçilməsini tələb ediblər.

Zərərçəkmişlər bildiriblər ki, bu işdə zərərçəkənlərin sayı 3250 nəfərdir. Onlardan yalnız 10-15 nəfərin pulu tam, 200 nəfərin pulu isə qismən ödənilib.

Zərərçəkmişlər məhkəmə istintaqının gedişindən narazılıqlarını bildiriblər.

Geri dön