Ana Sayfa > Xəbər > Rusların təmir etdiyi dəmiryolunun PƏRDƏARXASI
Rusların təmir etdiyi dəmiryolunun PƏRDƏARXASI10-08-2015, 12:11. Yazar: admin |
Kreml ötən çərşənbə axşamından başlayaraq, ot basmış Abxaziya dəmiryolunu təmizlətdirməyə başlayıb. Söhbət 20 ildən çoxdur işlək vəziyyətdə olmayan və ot basmış, Ermənistanla Rusiyanı birləşdirən Abxaziya dəmiryolundan gedir. Hətta Rusiyanın işğalçı qüvvələrinin 800-ə yaxın hərbçisi artıq Abxaziya dəmir yollarının təmizliyinə başlayıblar. Bu dəmiryolu sonuncu dəfə 5 günlük müharibə (avqust 2008) zamanı təmizlənmiş, rus ordusu bu dəmiryolu xətti ilə Abxaziya ərazisinə, oradan da Gürcüstana daxil olmuşdu. Bəs indi nə baş verir? Rusiya bununla Ermənistanın blokadasını aradan qaldırmaqmı istəyir? Gürcüstan buna icazə verəcəkmi? Bununla Azərbaycanın Ermənistanı mümkün qədər iqtisadi blokadada saxlamaq siyasəti puç ola bilərmi? Yaxud da Gürcüstanla Rusiya bu mövzuda gizli razılığa gələ bilərmi? Məsələyə münasibət bildirən politoloq Sədrəddin Soltan Hafta.az-a açıqlamasında deyib ki, Rusiya bununla nəzarət altında saxladığı ərazilərin yardım yolunu da ələ keçirməyə çalışır. Sədrəddin Soltan qeyd edir ki, Rusiya keçmiş “kiçik qardaşlarına” əzələ nümayişini indi də davam etdirməkdədir: “Baş verən hadisələr sübut edir ki, Rusiya qonşu dövlətlərə, özəlliklə keçmiş SSRİ respublikalarına münasibətdə güc nümayişində çəkinmir. Bu yöndə o, heç bir beynəlxalq qanunlara məhəl qoymur. Bu baxımdan Rusiya Güney Qafqazda nəzarət altında saxladığığı bölgələr, Ermənistana, Abxaziyaya hərtərəfli yardımlar etməkdədir. Başqa sözlə həmin əraziləri özündən asılı vəziyyətdə saxlamaq üçün onlara yardım yolunu da öz nəzarət altında saxlayır. Bu yolda həmin xarakterlidir”. Sədrəddin Soltan deyir ki Rusiyanın Abxaziya–İrəvan dəmiryolunu açmaq cəhdi təkcə bununla bitmir. Politoloqun bildirdiyinə görə, onlar Krım üçün də anoloji addım atmaqdadırlar: “Ukraynanın şərqindəki silahlı qarşıdurmada da hədəflərdən biri Krıma yol açmaqdır. Bu baxımdan Rusiya öz niyyətinin həyata keçirirkən heç bir dövlətin haqq -hüququnun tanımır. Öz hərəkətinə isə hüquqi don geyindirməyə çalışarkən təcavüzkar olduğunun gizlədə bilmir”. Geri dön |