Ana Sayfa > Xəbər > “Azәrbaycan haqda heç nə bilmirəm”- “Qәbәlә”nin rәqibinin kapitanı
“Azәrbaycan haqda heç nə bilmirəm”- “Qәbәlә”nin rәqibinin kapitanı8-08-2015, 15:39. Yazar: admin |
Xəbər verdiyimiz kimi, dünən atılan püşkatmada UEFA Avropa Liqasının “play-off” mərhələsi üçün rəqiblər müəyyənləşdi. Püşkatmaya əsasən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. “Qәbәlә”nin rәqibi “Panatinaikos” klubunun kapitanı Zekanın (Xose Karlos Qonçalves Rodrigez) “Qafqazinfo”ya müsahibәsini təqdim edirik: - Avropa Liqasının "play-off" mәrhәlәsindә "Qәbәlә" ilә qarşılaşacaqsız. Püşk haqqında nә deyә bilәrsiz? - Fikrimcә, hәr iki tәrәf üçün çәtin olacaq. Çünki bundan әvvәlki görüşdә onlar "Apollon"u mәğlub ediblәr. 3 qәlәbә qazanaraq bu mәrhәlәyә kimi çatıblar. Maraqlı qarşılaşmalar bizi gözlәyir. - Hәr kәs sizi favorit sayır... - Normaldır. "Panatinaikos" Avropada daim çıxış edәb klubdur. Biz Çempionlar Liqasının qrupunda oynamışıq. Amma kimin favorit olduğu meydanda bәlli olacaq. - "Qәbәlә" ilk dәfәdir ki, Avropa Liqasının "play-off" mәrhәlәsindә oynayır. Amma sizin tәcrübәniz var. Bu sizә kömәk edәcәk? - Bunu bilirәm. "Qәbәlә" ilk dәfә "play-off"a kimi gәlsә dә, yaxşı komandadır. Düzdür, tәcrübәni nәzәrә alsaq, üstünlük bizdәdir. Lakin, futbolda bәzәn tәcrübә dә işә yaramır. - Püşkatma zamanı "Qәbәlә"ni arzulayırdız? - Arzulamırdıq. Bizim üçün rәqibin fәrqi yox idi. - Azәrbaycan haqqında nә bilirsiz? - Heç nә. İlk dәfәdir ki, Azәrbaycanla bağlı bir şeyә rast gәlirәm. - Bәs, Azәrbaycan çoxlu sayda braziliyalı futbolçu olduğundan xәbәriniz yoxdur? - Bizim futbolçular bütün dünyada var. Hә Anderson Oliveyra ("Simurq"da çıxış edib) var. Bir zamanlar Azәrbaycanda oynayıb. - Sizin komandada ulduz futbolçular Maykı Essien, Malden Petriç çıxış edir. Buna görә sizin indidәn mәrhәlә keçәcәyinizi demәk olar? - Әlbәttә, onlar ulduzdurlar. Amma bu mәrhәlә keçәcәyimiz demәk deyil. Ümid edirәm ki, sizin dediyiniz kimi olacaq. - Ötәn mәrhәlәdә "Qәbәlә" Kiprin "Apollon" klubu ilә qarşılaşmışdı vә hәr iki oyunda qalmaqal yaşanmışdı... - Bundan xәbәrsizәm. - Kipr dә yunanların yaşadığı әrazidir. İndi isә "Qәbәlә" әsl yunan klubu ilә üz-üzә gәlәcәk. Düşünmürsüz ki, eyni hal yaşanar? - Yox. Ümid edirәm ki, hәr şey qaydalar çәrçivәsindә baş tutacaq. Geri dön |