Ana Sayfa > Xəbər > “Deputatlığa namizəd olmaq fikrim yoxdur” - AÇIQLAMA

“Deputatlığa namizəd olmaq fikrim yoxdur” - AÇIQLAMA


8-08-2015, 13:08. Yazar: admin
“Deputatlığa namizəd olmaq fikrim yoxdur” - AÇIQLAMA
Tanınmış hüquqşünas, “Viza” hüquq firmasının təsisçisi Aslan İsmayılov bu ilin noyabrında keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olmağı düşünmür. Bu barədə Aslan İsmayılov Modern.az saytına açıqlamasında bildirib.

O, deyib ki, parlament seçkisində deputatlığa namizəd olmaq kimi bir fikri yoxdur. “Mən bu günə kimi nə işlə məşğul olmuşamsa, bundan sonra da eyni fəaliyyətimi davam etdirəcəyəm. Deputatlığa namizəd olmaq kimi isə bir fikrim yoxdur”,-deyə o, qeyd edib.

Asıan İsmayılov Milli Məclisə 2010-cu ildə keçirilmiş seçkilərdə 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən deputatlığa namizəd olmuşdu.

2015-ci ilin noyabr ayında Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək.

Geri dön