Ana Sayfa > Xəbər > Ruslar sanksiyalaşdırılmış məhsulları zibillikdən yığırlar - FOTO

Ruslar sanksiyalaşdırılmış məhsulları zibillikdən yığırlar - FOTO


8-08-2015, 12:52. Yazar: admin
 Ruslar sanksiyalaşdırılmış məhsulları zibillikdən yığırlar - FOTO
“Sanksiyalaşdırılmış şaftalılardan əla cecə arağı alınır”.

Rusiyanın əyalət şəhəri Smolenskdə hakimiyyət sanksiyalaşdırılmış qida məhsullarını fiziki məhv etməmək qərarına gəlib. Şəhər ətrafı əzilmiş pomidor və şaftalılar ilə doludur.

Qaçaqmalçı tərəvəz və meyvələrin iri partiyalarının məhv edilməsində meydana çıxan çətinliklərdən Smolensk vilayətinin Krasninsk rayonunun sakinləri sui-istifadə ediblər.

Bu barədə “Voronejski kuryer” yazıb.

Smolensk Vısoki xolm kəndinin sakinləri poliqondan meyvə və tərəvəzi kisələrlə aparırlar.

“Traktor altında” olmuş meyvələri vətəndaşlar həm özləri yeyir, həm də uşaqlarına verirlər, yerli sakinlərdən biri isə bu sanksiyalaşdırılmış şaftalılardan “əla cecə arağının

alındığını” deyir.

Qeyd edək ki, Rusiyada ərzaq məhsullarının birbaşa məhv edilməsi avqustun 6-dan başlayıb. Prezident Putinin fərmanına müvafiq olaraq yalnız avqustun 7-si 350 ton sanksiyalaşdırılmış ərzaq məhv edilib.

 Ruslar sanksiyalaşdırılmış məhsulları zibillikdən yığırlar - FOTO
 Ruslar sanksiyalaşdırılmış məhsulları zibillikdən yığırlar - FOTO
Oxu.az

Geri dön