Ana Sayfa > Xəbər > ABB-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər

ABB-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər


8-08-2015, 12:24. Yazar: admin
ABB-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər. Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi banka istinadən yazır.

Agentliyin saytında dərc edilən məlumata görə, bu, ortamüddətli perspektivdə dövlətin bankdakı payının (51,07 faiz) qorunacağı anlamına gəlir: "Özəlləşdirilmə baş tutsa belə, ABB ölkədə ən iri bank kimi sistem formalaşdıran qismində qalacaq və dövlətin iştirakı ilə şirkətlərlə fəaliyyətini qoruyacaq".

Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.

"Fitch Ratings"in analitiklərinin fikrincə, ABB-nin problemli aktivlərinin həcmi əhəmiyyətli dərəcədədir.

Geri dön