Ana Sayfa > Xəbər > “Obama PKK-nın yanında özünü "sempatik" göstərməyə çalışır”
“Obama PKK-nın yanında özünü "sempatik" göstərməyə çalışır”8-08-2015, 11:25. Yazar: admin |
“Barak Obama əvvəllər Türkiyənin başlatdığı terror əməliyyatlarına dəstək verirdi. İndi isə “sənin üçün PKK yox, İŞİD təhlükəlidir” deməsi ilə Türkiyəyə mesaj verir ki, guya sənin düşmənin PKK yox, İŞİD-dir”. Bunu Hafta.az-a açıqlamasında Amerika prezidenti Barak Obamanın Türkiyəyə qarşı son bəyanatını şərh edərkən politoloq Çingiz Bayramov deyib. Politoloqun sözlərinə görə, əslində Türkiyə öz haqlı mübarizəsini aparır: “Türkiyə vəziyyətə ABŞ-dan daha yaxındır. Ona görə də hər ikisinə qarşı əməliyyatlara başlayıb və zərbələr endirir. Obamanın bu bəyanatı ABŞ-ın maraqlarına hesablanıb. Əslində ABŞ prezidenti kürdlərin yanında özünü "simpatik" göstərməyə çalışır. İsmarışını kürd terrorçularına göndərir ki, mən sizi vurdurmaq istəmirəm”. Çingiz Bayramov deyir ki, Türkiyənin İŞİD və PKK-ya həlledici zərbə vurmamasının bir sıra səbəbləri var: “Türkiyə bu əməliyyatlarda özünü çox ehtiyatlı aparır. Çünki İŞİD terror qruplaşması düz qardaş ölkənin qonşuluğunda, Suriyadadır. Həm də İraqın həmin ərazilərində türkmənlər yaşayır. Türkiyə onlara qarşı böyük bir əməliyyata başlasa, Qərb Türkiyəni qınayacaq. Deyəcəklər ki, sənin İraq və Suriya torpaqlarında nə işin var? Obama bu bəyanatla Türkiyəni müstəqil siyasət yürütməməyə onların dediyi ilə oturub-durmağa təhrik etmək istəyir. Türkiyə isə Orta Şərqdə, regionda bəlli gücə sahibdir və müstəqil xarici siyasət aparır”. Geri dön |