Ana Sayfa > Xəbər > Qurbanlıq bazarında canlanma: nazirlik açıqlama verdi

Qurbanlıq bazarında canlanma: nazirlik açıqlama verdi


7-08-2015, 13:27. Yazar: admin
Qurbanlıq bazarında canlanma: nazirlik açıqlama verdi
Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma yaranıb.

Axar.az-a verilən xəbərə görə, paytaxtın Kürdəxanı, Zabrat, Binəqədi bazarlarında qurbanlıq heyvan satışının təşkilinə başlanıb.

Sentyabrın 14-də olacaq bayrama artıq bir ay qabaqdan hazırlıq gedir və qiymətlər müəyyənləşdirilir. Hazırda 10 kiloluq toğlunun qiyməti 110-130 manat civarında dəyişir.

Bayram yaxınlaşdıqca qiymətlərin artacağı istisna edilmir. Satıcılar tövsiyə edir ki, qurbanlıq toğlunu bayrama bir ay qalmış almaq lazımdır. Çünki sonrakı dövrdə qiymətlər qalxır.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev isə Report.az-a bildirib ki, bu il kifayət qədər mal-qara olacaq:

“Çünki həmin dövrdə bazar geniş olduğundan sahibkarlar iri və xırdabuynuzlu heyvanları saxlayıb qurban mövsümünə çıxarmağa adət ediblər”.

Şöbə müdiri bayramda hər hansı bir sıxıntının gözləmədiyini deyib.

Bayramda qiymətlərə gəlincə isə Q.Əbdüləliyev qiymətlərin bir qayda olaraq bazar tərəfindən tənzimlədiyini qeyd edib.

Geri dön