Ana Sayfa > Xəbər > Türkiyədə məşhur olan azərbaycanlılar
Türkiyədə məşhur olan azərbaycanlılar5-08-2015, 13:31. Yazar: admin |
![]() Türkiyə mətbuatı ölkələrində tanınan, əslən azərbaycanlı olan məşhurların siyahısını hazırlayıb. Axşam.az-ın məlumatına görə, “Azərbaycanın həyatımıza daxil etdiyi 9 məşhur” başlıqlı yazıda bu gün mahnısı, aktyorluğu ilə tanınan, sevdiyimiz ulduzlar yer alıb. Həmin siyahını təqdim edirik: 1. Günel Zeynalova Türkiyəli müğənni İbrahim Tatlısəsin kəşf etdiyi balaca Günel böyüyüb gözəl xanım olub. Buna baxmayaraq o, türklər üçün hələ də kiçik Azəri qızı olaraq qalıb. ![]() 2. Ataol Bəhramoğlu Əslən azərbaycanlı olan, “Gürüs” soyadlı şair ilk şeirlərində "Ataol Gürüs” ləqəbindən istifadə edirdi. Daha sonra isə soyadını Bəhramoğlu olaraq dəyişdirib. ![]() 3. Tuğba Əkinçi “O şimdi asker” mahnısı ilə tanınan Karsda dünyaya gələn Tuğba Əkinçi də əslən azərbaycanlıdır. ![]() 4. Tamer Karadağlı Sərt xarakteri ilə tanınan Tamer də Azərbaycandandır. ![]() 5. Başak Sayan Atası azərbaycanlı olan aktrisa da Türkiyədə tanınanlar arasındadır. ![]() 6. Çağla Şikəl Türkiyənin ən məşhur modellərindən biridir. Özü İstanbulda dünyaya gəlsə də, atası Azərbaycan türklərindəndir. ![]() 7. Reza Sarraf Azərbaycanlı kürəkən Sarraf Türkiyəyə gələn gündən adı qalmaqallarda hallanır. ![]() 8. Cem Karaca Mərhum müğənni bəstəkar, teatr işçisi, aktyor kimi də tanınırdı. Atası azərbaycanlıdır. ![]() 9. Elnur Hüseynov “O səs Türkiyə” yarışmasıyla tanınan Elnur Hüseynov gözəl səsi və mülayim siması ilə özünü sevdirməyi bacarıb. Elnur 2008-ci və 2015-ci illərdə Azərbaycanı “Eurovision”da təmsil edib. ![]() Geri dön |