Ana Sayfa > Xəbər > Dini Komitədən kadr islahatları ilə bağlı - Açıqlama
Dini Komitədən kadr islahatları ilə bağlı - Açıqlama5-08-2015, 11:39. Yazar: admin |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mediada yayılan kadr islahatları məlumatı ilə bağlı açıqlama yayıb. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı fikirlər yanlışdır: “Aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib”. Geri dön |