Ana Sayfa > Xəbər > Kılıçdaroğlu Türkiyənin verdiyi şəhidlərə görə Ərdoğanı QINADI

Kılıçdaroğlu Türkiyənin verdiyi şəhidlərə görə Ərdoğanı QINADI


3-08-2015, 11:31. Yazar: admin
Kılıçdaroğlu Türkiyənin verdiyi şəhidlərə görə Ərdoğanı QINADI
“Asarıq–kəsərik deyən hansı iqtidar mənsubumuzun övladı hərbi xidmət çəkib?”.

Hafta.az-ın Habertürk-ə istinadən verdiyi xəbərə görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyənin üzləşdiyi terror dumanına münasibət bildirərkən deyib. Kılıçdaroğlu bildirib ki, hazırkı iqtidar “çözüm sürəci” adlı oyunu ortaya atmaqla onlarla türk gəncinin qanına bais olub:

“Mən hələ 2013-cü ildə kürd terrorçuları ilə münaqişənin həlli üçün iqtidara 4 yol təklif etmişdim. Məhəl qoyan olmadı. Son nəticə isə odur ki, yoxsulun, kasıbın balaları əskərliyə gedir və şəhid olurlar. Bunlar olmaya da bilərdi. Hamısı böyük siyasi səhvlər ucbatından baş verdi. Əli silahlı terroristlə gözlərinə eynək taxaraq, əllərində kağız–vərəqlə danışıqlar masasına oturdular. Bu hansı qanuna, yasaya sığır? Hələ bu azmış kimi bizimkilərin terrorçularla xoş dildə danışdığını görüb İŞİD qruplaşması da dövriyyəyə girdi. Təcili çıxış yolu olmasa bu ölkənin gələcək istiqbalı, rahatlığı təhdid altında olacaq”.

Geri dön