Ana Sayfa > Xəbər > Almaniya Türkiyəyə qarşı daha bir addım atdı
Almaniya Türkiyəyə qarşı daha bir addım atdı3-08-2015, 11:00. Yazar: admin |
Son dövrlərdə Türkiyənin terror qarşı apartdığı mübarizə bəzi Avropa ölkələrinin müəyyən əks addımları ilə müşayiət olunur. Axar.az xəbər verir ki, Almaniyanın Türkiyədə yerləşdirdiyi “Patriot” raket kompleksi və canlı qüvvənin bu ölkədən çıxarılması müzakirə olunan məsələlər arasındadır. Bununla bağlı daha bir addım atılıb və sorğu keçirilib. Keçirilən sorğu nəticəsində məlum olub ki, əhalinin böyük qismi Qəhrəmanmaraşda yerləşən alman “Patriot” müdafiə sistemi və hərbçilərin geri çəkilməsini istəyir. Respondentlərin 48%-i Türkiyədə baş verənlərə bitərəf qalmağı məsləhət görür, 35% isə hərbi bazanın qalmasının tərəfdarıdır. Türkiyə turizminin də təhdid altında olduğu görüntülənib: belə ki, respondentlərin 81%-i Türkiyəyə tətilə getməyi düşünmür. Xatırladaq ki, ötən gün Almaniya Sollar fraksiyasının eks-rəhbəri Ditmar Bartş ölkəsinin “Patriot” raketlərinin Türkiyədən çıxarılmalı olduğunu bildirmişdi. Geri dön |