Ana Sayfa > Xəbər > Yazıçıların vəsiqələri niyə verilmir?

Yazıçıların vəsiqələri niyə verilmir?


31-03-2015, 10:40. Yazar: admin
Yazıçıların vəsiqələri niyə verilmir?
“AYB-yə üzvlük vəsiqələrini yeniləmək istəyən üzvlər fotoşəkilləri ilə birliyə müraciət etməlidirlər. Bundan sonra müraciətlər yığılır və 15 gün ərzində 10-15 vəsiqə birdən çapa göndərilir”.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi Xəyal Rza deyib. O, üzvlük vəsiqələrinin yenilənməsi ilə bağlı heç bir rüsum ödənilməyəcəyini bildirib:

“Vəsiqələrin yenilənməyi üçün heç bir rüsum nəzərdə tutulmayıb. Sadəcə olaraq, kim üzvlük haqqını ödəməyibsə, ondan üzvlük haqqının ödənilməsi tələb olunur”.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsi axırıncı qurultaydan sonra yenilənib.

Geri dön