Ana Sayfa > Xəbər > Miqrant üsyanı: "Ölsəniz də, ölkənizə keçəcəyik"
Miqrant üsyanı: "Ölsəniz də, ölkənizə keçəcəyik"3-08-2015, 10:27. Yazar: admin |
Fransanın Kale şəhərində, "Eurotunnel"in qarşısındakı yük terminalında minlərlə miqrant Böyük Britaniyaya keçmək üçün çarpışır. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yük terminalının ətrafındakı hasarı müxtəlif yerdən dələn miqrantlar La-Manş boğazının altı ilə keçən tunelə yol tapmağa çalışırlar. Dünən 240 fransız polisi ilə miqrantlar arasında yeni toqquşma olub. Qəzəblənən miqrantlar tunelin qarşısına yığışaraq şüarlar söyləyiblər: "Bizi niyə öldürürsünüz?! Bacılarımızı, qardaşlarımızı niyə öldürdünüz? Həyatımızı xilas etmək üçün gedirik! Ölsəniz də, ölkənizə keçəcəyik!" 200 miqrant dünən terminalın qarşısında canlı barrikada qurmuşdu. Geri dön |