Ana Sayfa > Xəbər > İranla nüvə danışıqlarının son günüdür, neftin qiyməti düşür
İranla nüvə danışıqlarının son günüdür, neftin qiyməti düşür31-03-2015, 10:37. Yazar: admin |
Çərşənbə axşamı Asiyada neftin qiyməti düşüb. Bu gün – martın 31-də İranla altı dövlət nüvə danışıqlarının sonuncu gününə başlayır. Məqsəd Tehranın nüvə proqramını məhdudlaşdırmaq və iqtisadi sanksiyaları qaldırmaqdır. West Texas Intermediate 69 sent düşərək 47.99 dollara, Brent isə 55 sent düşərək 55.74 dollara bərabər olub. Bunlar günortaya olan rəqəmlərdir. Sinqapurun United Overseas Bankı bildirib ki, “İranla nüvə sazişinə ümidlər artdıqca, qiymətlər düşür”. ABŞ-ın Dövlət katibi John Kerry danışıqlar barədə CNN televiziyasına deyib ki, bəzi çətin məsələlər qalır və “onların həlli üçün çox işləyirik”. İran neft ehtiyatlarına görə dünyada 4-cü, qaza görə 2-ci yeri tutur. 2012-ci ildə Amerika və Avropa embarqosundan sonra enerji sənayesinə ciddi ziyan dəyib. Geri dön |