Ana Sayfa > Xəbər > Gömrük işçisinə heroin satanda ilişib 19 il iş aldılar
Gömrük işçisinə heroin satanda ilişib 19 il iş aldılar31-07-2015, 16:33. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitlərin qanunsuz dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Seymur Abbasov və Saleh Nəcəfovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə hökm oxunub. Hökmə görə, Seymur Abbasov 10 il, Saleh Nəcəfov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun 60-cı kilometrliyində, Ələt qəsəbəsini göstərən yol nişanının yaxınlığında Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu bir kisədə 895 qram heroini şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən yaxalanıb. Daha sonra isə həmin şəxslərin Bakı dairəvi yolunun “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dərəyə atdıqları 2 kisədə 1 kiloqram 465 qram qurudulmuş marixuana və 1 sellofan kəsiyində 82,337 qram heroin narkotik vasitələri aşkar edilərək götürülüb. Saleh Nəcəfov və Seymur Abbasov şübhəli şəxs qismində tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə ittiham elan edilib. Barələrində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Geri dön |