Ana Sayfa > Xəbər > “Bakı sakinləri keyfiyyətsiz sudan istifadə edir”

“Bakı sakinləri keyfiyyətsiz sudan istifadə edir”


31-07-2015, 15:06. Yazar: admin
“Bakı sakinləri keyfiyyətsiz sudan istifadə edir”
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyaları üzərində aparılan laborator nəzarəti ilə əlaqədar olaraq 2015-ci ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub. Aparılan müayinələrin nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq, Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib. Binəqədi, Nizami, Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimələnib. (Day.az). 2015-ci ilin 9 iyununda Şimali Osetiyanın Alagir rayonunda kütləvi bağırsaq zəhərlənməsi baş vermişdi. Çirkli su mənbəyindən istifadəyə görə, 427 nəfər zərər çəkib. (rusmiobzor.ru) Biz Bakıda belə bir hadisənin baş verməsinin mümkünlüyünü araşdırmaq qərarına gəldik. Yəni içməli sudan Bakı sakinləri zəhərlənə bilərmi..? Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Ziyəddin Kazımovun fikirlərini öyrəndik: “ İçməli suyun qeyri-kafi vəziyyətdə olması əhalinin sağlamlığına təsir etmir”.

Psixoterapevt Dəyanət Rzayev isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə tam əks fikir söylədi: “İçməli suyun qeyri-kafi vəziyyətdə olması o deməkdir ki, suda infeksiya tapılıb. Bu isə insanlarda ağlr xəstəliyə və ölümə səbəb ola bilər”. Rzayev onu da bildirdi ki, məgər Ziyəddin Kazımov krantdan gələn infeksiyalı sudan istifadə edir: “ O da yəqin ki, mənim kimi şirkətlərin satdığı təmiz su alır. Çünki bizim krantlardan gələn texniki sudur ki, ondan nəinki içmək, hətta çimmək olmaz”.

Geri dön