Ana Sayfa > Xəbər > BVF Afinanın xilas fondundan çıxdı

BVF Afinanın xilas fondundan çıxdı


31-07-2015, 14:48. Yazar: admin
BVF Afinanın xilas fondundan çıxdı
Beynəlxalq Valyuta Fondunun (BVF) İdarə Heyəti Afinanın üçüncü xilas planında qurumun iştirak etməyəcəyini açıqlayıb.

Axar.az-ın məlumatına görə, bu barədə məlumatı “Faynənşl Tayms” (Financial Times) jurnalı yayıb. Xəbərə görə, çərşənbə günü iki saat davam edən toplantıda belə bir qərar qəbul olunub.

BVF-nin bu qərarının Berlində daha çox əks-səda verəcəyi gözlənilir. Çünki alman səlahiyyətlilər bir müddətdir ki, BVF olmadan 86 milyard avroluq xilas fondunun Bundestaqdan keçmə ehtimalının zəif olduğunu dilə gətirir.

Jurnalın əldə etdiyi xəbərdə vurğulanır ki, idarə heyətinin toplantısında qəbul edilən dörd səhifəlik “gizli” hesabata görə, qurum rəsmiləri Yunanıstanın xilas planının BVF siyasətinə uyğun olub-olmadığını görmək üçün siyasi müzakirələrə qatılacaq. Lakin bu müddətdə BVF komissiyalar səviyyəsində razılaşmalarda iştirak etməyəcək. Fond sadəcə müzakirələr bitdikdən sonra qərar vermə mərhələsinə daxil olacaq. Lakin bunun üçün də iki şərt var: Yunanıstanın islahatların həyata keçirilməsini qəbul etməli və ən əsası, avropalı borc verənlər Yunanıstanın borclarını azaltmalıdır.

Geri dön