Ana Sayfa > Xəbər > Rusiya Səudiyyə ilə Suriya hökuməti rəsmilərini bir araya gətirib

Rusiya Səudiyyə ilə Suriya hökuməti rəsmilərini bir araya gətirib


31-07-2015, 13:09. Yazar: admin
Rusiya Səudiyyə ilə Suriya hökuməti rəsmilərini bir araya gətirib
FaktXeber.com-un Livanın Əl-Əxbar qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin birbaşa vasitəçiliyi ilə, Səudiyyə Ərəbistanı və Suriya hökumətinin yüksəkçinli rəsmiləri görüş keçiriblər.

İçində Rusiya Kəşfiyyat İdarəsinin birinci müavinini daşıyan təyyarə Dəməşqdə enərək, Suriya Kəşfiyyat rəhbəri general Əli Məmluku da götürərək, Səudiyyə Ərəbistanının paytaxtı Riyada yola düşüb. Onlar Ərəbistan vəliəhdinin canişini, eləcədə bu ölkənin hazırda müdafiə naziri olan Məhəmməd bin Salmanla görüş keçiriblər.

Görüşün detalları barədə hər hansı bir məlumat verilməsə də, 4 ildən çox Suriyada terror qruplaşmalarını hərtərəfli dəstəkləyən bir rejimin Əsəd hakimiyyəti ilə danışıqlara getməsi, artıq onların məğlubiyyəti kimi xarakterizə olunmalıdır.

Xatırlatmaq lazımdır ki, iyunun 19-u Səudiyyə Ərəbistanın müdafiə naziri Məhəmməd bin Salman Moskvaya səfər etmişdi. Səfər zamanı Rusiya prezidenti Ərəbistan rəsmisi ilə Suriya barədə də danışıqlar apararkən ondan rəsmi Dəməşqlə dialoqun başladılmasını istəmişdi.

Putin Məhəmməd bin Salmana belə demişdi: “Terror təhlükəsi sizin ölkəyə də yaxınlaşır. Suriya ordusunun durumu isə getdikcə güclənməkdədir. Türkiyə və Ərəbistan istisna olmaqla, daha dünyada kimsə Suriyanın hazırkı hakimiyyətinin devriləcəyinə inanmır. Bu baxımdan terrorla mübarizədə Suriya hökuməti ilə əməkdaşlıq etməkdən başqa çarə qalmayıb.”

Geri dön