Ana Sayfa > Xəbər > 14 yaşında qatil olan şəxsin cəzası artırıldı - Azərbaycanda
14 yaşında qatil olan şəxsin cəzası artırıldı - Azərbaycanda31-07-2015, 12:46. Yazar: admin |
Bakı Apellyasiya Məhkəməsində cəzaçəkməmüəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərarə əsasən, birinci instasiya məhkəməsinin hökmü ləvğ edilib və V. Səmədbəylinin azadlıqdan məhrumetmə cəzası 9 ilə qaldırılıb. Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə V. Səlimbəyliyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Onu da qeyd edək ki, , V. Səlimbəyli 14 yaşında, Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib. Geri dön |