Ana Sayfa > Xəbər > İtaliyada “Qarabağ” qalstuku – Foto

İtaliyada “Qarabağ” qalstuku – Foto


31-07-2015, 12:34. Yazar: admin
İtaliyada “Qarabağ” qalstuku – Foto
Məşhur geyim brendlərinin əsas istehsal mərkəzi olan İtaliyanın Milan şəhərində “Qarabağ” adlı qalstuk istehsal edilməyə başlayıb.

Axar.az xəbər verir ki, “Qarabağ” qalstukları “La Cravite İtaliano” şirkətinin (“Andrews Ties” brendinin Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi) təsisçisi və direktoru Yavər Məmmədovun şəxsi ideyası və təşəbbüsü əsasında yaradılıb.

Qalstuk Ermənistan tərəfindən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ regionunu simvolizə edən elementləri özündə birləşdirir. Qalstukun üzərində Qarabağ atları, dəbilqə, tar, kaman və qaval, xarı bülbül simvolları əks edilib.

Zolaqlarda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarının adları əks olunub. Qalstukun arxa quyruq hissəsində isə Qarabağ xalçalarının müxtəlif elementləri yerləşdirilib.

İtaliyada “Qarabağ” qalstuku – Foto

Geri dön