Ana Sayfa > Xəbər > Akif Nağı İranın Azərbaycandakı səfiri ilə görüşüb
Akif Nağı İranın Azərbaycandakı səfiri ilə görüşüb31-07-2015, 12:04. Yazar: admin |
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb. Bu barədə FaktXəbər-ə QAT mətbuat xidmətindən məlumat verilib. QAT sədri səfirə təşkilatın hazırladığı Qarabağ müharibəsinə dair “Yaddaş” filmini həmçinin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və ingilis dillərində kitabları təqdim edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanmış bu filmdə və kitablarda Qarabağ müharibəsinə dair həqiqətlər yer alıb. QAT sədri daha sonra İran və “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın region üçün əhəmiyyətini qeyd edib, bu münasibətlə səfiri və onun təmsil etdiyi ölkəni təbrik edib. Səfir Möhsün Pakayin təqdim olunan filmə və kitablara görə həmçinin təbrikə görə təşəkkürünü bildirib. Geri dön |