Ana Sayfa > Xəbər > Xatundan Könülə: "Balamdan nə istəyirsən?"
Xatundan Könülə: "Balamdan nə istəyirsən?"31-07-2015, 11:26. Yazar: admin |
Müğənni Xatun Əliyeva bundan sonra həmkarı Könül Kərimovanı parodiya etməyəcəyini bildirib. Axşam.az-ın məlumatına görə, sənətçi "Səs verməyin!" verilişində qarşı tərəfin onun övladına qarqış etməsindən şikayətlənib: “Daha onu parodiya etməyəcəm. Pis hallar keçirir, onun qənimi deyiləm ki. Belə reaksiya verəcəyini düşünməmişdim. Əvvəl mənə qarqış edirdi. Bir-iki verilişdə isə başlayıb oğlumu qarğımağa. Aparıcı da deyib ki, adam-adamla nə edir etsin, balasını qatmayın. Mənə nə istəyir desin, anamı, balamı niyə qatır ki? Balamdan nə istəyirsən?”. Geri dön |