Ana Sayfa > Xəbər > Lavrovla Kerri bu dəfə Suriyanı və İranı müzakirə edəcək

Lavrovla Kerri bu dəfə Suriyanı və İranı müzakirə edəcək


31-07-2015, 10:36. Yazar: admin
Lavrovla Kerri bu dəfə Suriyanı və İranı müzakirə edəcək
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri avqustun 3-də Dohada görüşəcəklər.

APA-nın verdiyi xəbərə görə, görüşün əsas müzakirə mövzusu Suriyadakı münaqişənin nizamlanması olacaq.

Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.

O əlavə edib ki, danışıqlarda Səudiyyə Ərəbistanının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri görüşlərdə İranın addımları və Suriyadakı vəziyyətin əsas müzakirə mövzusu olacağını bildirib.

Geri dön