Ana Sayfa > Xəbər > Hakkaridə aksiyalar davam edir - Kəşfiyyatın binasına hücum olub

Hakkaridə aksiyalar davam edir - Kəşfiyyatın binasına hücum olub


30-07-2015, 16:51. Yazar: admin
Hakkaridə aksiyalar davam edir - Kəşfiyyatın binasına hücum olub
Türkiyənin Hakkari vilayətində Milli Kəşfiyyat Təşkilatının (MİT) və ədliyyə binasına səs bombası və fişəng atılıb.

Avropa.info xəbər verir ki, əməliyyatların davam etdiyi ərəfədə bir qrup maskalı şəxs Hakkari vilayətində MİT-in binasını və ədliyyə binasını mühafizə edən zirehli avtomobillərin üzərinə səs bombası, fişəng və molotof kokteyli atıb.

Nümayişçilər köhnə bir avtomobili yolun ortasında yandıraraq mərkəzi küçələrdən birini bağlayıblar. Polis nümayişçilərə qarşı su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

Geri dön