Ana Sayfa > Xəbər > Avropa Parlamentində yeni aqressiv fraksiya yaradıldı

Avropa Parlamentində yeni aqressiv fraksiya yaradıldı


30-07-2015, 12:15. Yazar: admin
Avropa Parlamentində yeni aqressiv fraksiya yaradıldı
Avropa Parlamentində təmsil olunan sağçıların yaratdığı 25 nəfərlik yeni fraksiyaya Fransa “Milli Cəbhə” partiyasının sədri Jan-Mari Le Penin qızı Marin Le Pen rəhbərlik edəcək.

AzVision.az “Euronews”ə istnadən xəbər verir ki, Marine Le Pen verdiyi açıqlamada bu addımı yüksək qiymətləndirib.

Qərarla bağlı Hollandiya sağ sektor lideri Geert Vilders hadisəni `tarixi gün` adlandıraraq deyib ki, “bugündən azadlıq başlayır və biz hər şeyə sahib olacağıq”.

Qeyd edək ki, sağçı fraksiyada 2 nəfər Polşadan, 1 nəfər isə Britaniyadan olan deputat var. Yeni miliyyətçi birliyin sədri Marin Le Pen isə son dönəmlər atni-semitizm şüarlarını tez-tez səsləndirməsi, ekstrimist sağçılığı təbliğ etməsi, o cümlədən, qatı rassizm tərəfdarı olması ilə seçilir.

Geri dön