Ana Sayfa > Xəbər > Ermənilərdən PUA yalanı: `Aparatımız vurulmayıb`
Ermənilərdən PUA yalanı: `Aparatımız vurulmayıb`29-07-2015, 16:54. Yazar: admin |
Qondarma `Dağlıq Qarabağ Respublikası` Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ermənilərin pilotsuz uçan aparatının vurulmasına dair məlumatı təkzib edib. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. `Ağdam rayonu ətrafında Ermənistana məxsus pilotsuz uçan aparatının (PUA) vurulmasına dair məlumat həqiqəti əks etdirmir`, - deyə yayılan məlumatda bildirilir. Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumata görə cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus PUA vurulub. `Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib`, - deyə Nazirliyin məlumatında bildirilir. Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin bir neçə pilotsuz uçan aparatını məhv etmişdi. Geri dön |