Ana Sayfa > Xəbər > Araşdırma başladı: HDP ləğv edilə bilər
Araşdırma başladı: HDP ləğv edilə bilər28-07-2015, 18:00. Yazar: admin |
Türkiyə Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) rəhbərlərinin və üzvlərinin terrora dəstək vermələri barədə araşdırmalara başlayıb. Axar.az xəbər verir ki, HDP sədri Səlahəddin Dəmirdaşın “xalqımız, siyasi və qeyri-hökumət təşkilatları, bələdiyyələr və bütün ictimai strukturlar öz təhlükəsizlik tədbirlərini gücləndirməlidir” sözləri və partiyanın həmsədri Figən Yüksekdağın “biz arxamızı YPG ilə PYD-yə söykəmişik, bunu deməkdən qorxmuruq” çıxışı araşdırılacaq. Bundan əlavə, HDP-li millət vəkili Faysal Sarıyıldızın Suriyadan PKK-ya göndərilmiş silahları götürmək üçün gələn terrorçunu öz şəxsi avtomobilində Şanlıurfa vilayətinə aparmasını əks etdirən görüntülər izləniləcək. Əgər təxribatlar sübut olunarsa, Baş Prokurorluq cinayət işi açacaq. Siyasi partiyaların bağlanılması barədə Baş Prokurorluğun açacağı cinayət işi isə Konstitusiya Məhkəməsi tərəfindən qəti şəkildə təsdiqlənir. Qeyd edək ki, Türkiyə Konstitusiyasının 68 və 69-cu maddələrinə görə, heç bir siyasi partiya cinayətə təşviq edə bilməz. Geri dön |