Ana Sayfa > Xəbər > “Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər

“Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər


28-07-2015, 17:37. Yazar: admin
“Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər
Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan “Neftçi” baxışa daha bir futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi.

28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets", "Nafteks", "Sliven 2000", "Lyubimets 2007", "Minyor” (Pernik) və "Beroe” klublarında çıxış edib. Onun sonuncu komandası "Levski” olub.

Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

Geri dön