Ana Sayfa > Xəbər > Gəlin toydan 1 gün sonra intihar etdi

Gəlin toydan 1 gün sonra intihar etdi


30-03-2015, 16:43. Yazar: admin
Gəlin toydan 1 gün sonra intihar etdi
İstanbulda müəllim işləyən 29 yaşlı Sait Tokkaş 3 ildir nişanlı olduğu qızla dünən Ulduz məhəlləsində keçirilən toy mərasimi ilə evlənib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük toyun ardından Yenicəmi məhəlləsindəki evlərinə gedib. Toyun ertəsi günü kürəkən Sait Tokkaş gecə toyun edildiyi təxminən 5 kilometr məsafədəki Ulduz məhəlləsində qalan avtomobilini götürmək üçün evdən çıxıb. Avtomobilini götürüb evə dönən Sait Tokkaş iddiaya görə israrla zəngi basmasına baxmayaraq həyat yoldaşının qapını açmaması və içəridən də səs gəlməməsindən şübhələnərək polisə xəbər verib. Hadisə yerinə gəlib qapını sındıraraq evə girən polis gəlini yataq otağında boğazında iplə yerdə ölü olaraq tapıb. Xanım Tokkaşın özünü tavandan asdığı ipin qopması nəticəsində yerə düşdüyü iddia edilib.

Gəlinin intihar etmədən əvvəl otağının qapısı arxasına yığdığı əşyalar səbəbi ilə polislərin də çətinliklə içəri girə bildikləri məlum olub.

Geri dön