Ana Sayfa > Xəbər > İŞİD bu gün müxtəlif dövlətlərin işinə yarıyır

İŞİD bu gün müxtəlif dövlətlərin işinə yarıyır


28-07-2015, 15:34. Yazar: admin
İŞİD bu gün müxtəlif dövlətlərin işinə yarıyır
Dünyadakı bəzi qüvvələr son günlərdə Türkiyənın daxilindəki hakimiyyət boşluğundan istifadə edib bu ölkəni mürəkkəb regional proseslərə cəlb etməklə öz maraqları üçün faydalanmaq istəyirlər.

Bunu Moderator.az - a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, Türkiyədə hökumətin formalaşa bilməməsi bir sıra problemlərə yol açır. “Ona görə də siyasi qüvvələr öz iddialarından bir qədər geri çəkilib dövlət və xalq naminə bir araya gəlib hökuməti formalaşdırmalıdırlar. Əks təqdirdə Türkiyədəki bu böhranlı vəziyyət daha da dərinləşə bilər. Ancaq ümid edirəm ki, Türkiyə böyük dövlət olduğundan bunun öhdəsindən gələcək”, - deyə millət vəkili vurğuladı.

Son günlərdə Türkiyənin antiterror əməlliyyatları haqqında mövqeyini açıqlayan millət vəkili bildirdi ki, hazırkı dövrdə bəzi qüvvələr Türkiyəni hədəf seçib öz məqsədlərinə nail olmaq üçün İŞİD - dən istifadə edirlər:

“Bu gün görünən odur ki, müxtəlif qüvvələr guya İslam bayrağı qaldıran, əslində isə beynəlxalq başkəsən muzdlu ordusu olan İŞİD - ddən Türkiyəni hədəf seçmək planı artıq ortadadır. Bizə bəllidir ki, İŞİD öz - özlüyündə bir xilafət qurmaq, antisionist və yaxud antiamerikan qruplaşması deyil. Burada müxtəlif dövlətlər öz şəbəkələrini qurublar və onlar tərəfindən idarə olunurlar. Açıq şəkildə bəyan etsək, onda İŞİD bu gün müxtəlif dövlətlərin işinə yarıyır. Və bu məqsədlə də Türkiyədə İŞİD - in məlum terror əməliyyatları həyata keçirilir.”

Millət vəkilinin fikrincə, bütün bunların arxasında Türkiyəni İŞİD və PKK ilə aktiv mübarizə cəlb etməklə əslində, rəsmi Ankaranı istəmədiyi halda zorən bu bataqlığa cəlb etmək niyyəti durur. “Türkiyəni tərəfə çevirmək istəyirlər. Halbuki, Türkiyə özünün sərhəddində sabit Suriya, İraq dövlətinin olmasında maraqlıdır. Türkiyə də özünün böyük bir müharibəyə cəlb olunduğunun fərqindədir”, - deyə Z. Oruc bildirdi.
Millət vəkili onu da əlavə etdi ki, bu hadisələrin İranla Qərb arasında nüvə silahı məsləsi ilə razılaşmadan sonra baş verməsi də təsadüfi deyil. “Odur ki, burada hansısa problemin olduğu ortadadır və Türkiyəni böyük bir təxribata sürükləmək istəyirlər. Ona görə də Türkiyə daxilindəki vəziyyəti də gərginləşdirməyə çalışırlar. Bu qüvvələrin niyyəti Yaxın Şərqin xəritəsini dəyişdirməkdir və onlar bu niyyətinə çatmaq üçün Türkiyədən istifadə edirlər. Çünki Türkiyə bu yolda o qüvvələr ən böyük maneədir”, - deyə o qeyd etdi.

Geri dön