Ana Sayfa > Xəbər > Çempionlar Liqasında üçüncü mərhələ start götürür

Çempionlar Liqasında üçüncü mərhələ start götürür


28-07-2015, 15:19. Yazar: admin
Çempionlar Liqasında üçüncü mərhələ start götürür
Avropanın ən nüfuzlu futbol turnirlərindən olan Çempionlar Liqasında bu gün üçüncü mərhələnin ilk oyunlarına start veriləcək.

ANSPRESS xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın da mübarizə aparacağı turnirin ilk oyun günündə 9 qarşılaşma olacaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin “Fənərbaxça” klubu da bu gün meydana çıxır. İstanbulluların rəqibi Ukraynanın ən titullu komandası “Şaxtyor”dur. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Ümumilikdə bu gün keçiriləcək oyunların təqvimi belədir:

21:15. MOİK (Rusiya) - “Sparta” (Çexiya)

22:00. “Midtyulland” (Danimarka) - APOEL (Kipr)

22:00. “Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya)

22:30. “Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya)

23:00. “Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

23:00. “Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)

23:15. “Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)

23:30. “Videoton” (Macarıstan) - BATE (Belarus)

00:00. “Dinamo” (Xorvatiya) - “Molde” (Norveç)

1956-cı ildən keçirilən turniri ən çox qazanan komanda (10 dəfə) İspaniyanın "Real" ( Madrid) klubudur. İtaliyanın "Milan" klubu 7, Almaniyanın "Bayern", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" klubu kuboka 5 dəfə sahib çıxıblar.

Geri dön