Ana Sayfa > Xəbər > İkinci Qarabağ savaşı başlaya bilər - Sorğu

İkinci Qarabağ savaşı başlaya bilər - Sorğu


28-07-2015, 13:50. Yazar: admin
İkinci Qarabağ savaşı başlaya bilər - Sorğu
İkinci Qarabağ savaşı başlaya bilər.

Axar.az saytında keçirilən elektron sorğuda iştirak edən respondentlər bu qənaətdədirlər.

3217 nəfərin iştirak etdiyi sorğuda respondentlərin 56%-i İkinci Qarabağ savaşının başlaya biləcəyini söyləyib. 37% şəxs isə müharibənin yaxın zamanlarda baş verməyəcəyinə inanır. Yerdə qalan səslərin sahibləri suala cavab verməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, son günlər cəbhənin təmas xəttində vəziyyət gərginləşib. Rusiyanın İrəvana “İsgəndər” raket sistemlərini verməsiylə bağlı yayılan şayiələr, Rusiya Baş Kəşfiyyat İdarəsi rəhbəri İqor Serqunun Ermənistana gözlənilməz səfəri və Gürcüstanın iki kəndinin Cənubi Osetiyaya qatılması bölgədəki situasiyanı gərginləşdirib. Üstəlik, İrəvana yardım adı altında qanunsuz olaraq suriyalı ermənilərin Azərbaycanın işğal altında olan torpaqlara köçürülməsi cəhdləri Bakının sərt etirazlarına səbəb olub.

Geri dön