Ana Sayfa > Xəbər > 64 məhbus həbsxana divarını deşərək qaçdı
64 məhbus həbsxana divarını deşərək qaçdı28-07-2015, 12:22. Yazar: admin |
Braziliyanın Parana ştatının Londrina şəhər həbsxanasından 64 məhbus qaçıb. Avropa.info xəbər verir ki, hüquq-mühafizə orqanları qaçanlardan 23 nəfəri saxlasa da, qalan şəxslər hələ də azadlıqdadır. Məlumata görə, məhbuslar kameralardan birinin divarını deşərək növbətçi hissəyə keçiblər. Ondan sonra həbsxana işçilərindən birinin köməyi ilə silah otağında saxlanılan silahları da ələ keçiriblər. Azadlıqda qalan məhbuslar yol kənarında saxladıqları avtomobilləri müsadirə edib gizlənməyi bacarıblar. Hadisə ilə tədqiqat başladılıb. Məlum olub ki, müəyyən olunmuş 24 nəfər yerinə həbsxanada 115 məhbus saxlanılırmış. Geri dön |