Ana Sayfa > Xəbər > ABŞ-la Türkiyə Suriyanın şimalında “İslam dövləti”ndən azad zona yaradacaq
ABŞ-la Türkiyə Suriyanın şimalında “İslam dövləti”ndən azad zona yaradacaq27-07-2015, 18:36. Yazar: admin |
ABŞ-la Türkiyə Suriyanın şimalında bufer zonasının yaradılması haqqında razılıq əldə ediblər. APA-nın məlumatına görə, bu barədə “Frans Press”ə ABŞ-ın yüksək çinli məmuru bildirib. “Məqsəd “İslam dövləti”ndən azad zona yaratmaq, habelə Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik və sabitliyi təmin etməkdir”, - deyə o vurğulayıb. Qeyd edək ki, Türkiyə hərbi təyyarələri “İslam dövləti”nin Suriyadakı mövqelərinə zərbələr endirməkdə davam edir. Geri dön |