Ana Sayfa > Xəbər > Ermənistanda istixana sahibləri Türkiyədən pomidor idxalına etiraz ediblər

Ermənistanda istixana sahibləri Türkiyədən pomidor idxalına etiraz ediblər


30-03-2015, 16:08. Yazar: admin
Ermənistanda istixana sahibləri Türkiyədən pomidor idxalına etiraz ediblər
Ermənistanın kiçik sahibkarları - istixanaların sahibləri bu gün hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın news.am saytına istinadən xəbərinə görə, onlar Türkiyədən pomidor idxal etməmək tələbini irəli sürüblər.

Onlar bildirib ki, türk pomidorlarının idxalı və qiymətin eyni olması səbəbindən yerli sahibkarlar öz mallarını sata bilmirlər: "Mavi yanacağa, gübrələrin, paketlərin alınmasına xeyli pul xərcləyirik, son nəticədə isə uduzmağa məhkumuq".

Kənd təsərrüfatı naziri Serqo Karapetyan 12 istixana sahibini qəbul edib və problemin həll ediləcəyinə söz verib.

Geri dön