Ana Sayfa > Xəbər > ABŞ səfirliyi Azərbaycanda iğtişaşlara dair məxfi məktub haqda
ABŞ səfirliyi Azərbaycanda iğtişaşlara dair məxfi məktub haqda27-07-2015, 17:26. Yazar: admin |
ABŞ-ın Azərbaycandakı səfirliyi USAİD-in Ermənistandakı missiyasının rəhbəri Karen Hillardın Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Skuntsa ünvanlandığı məktubun qurama olduğunu bəyan edir. “Bu məktub açıq-aydın saxtadır. ABŞ Cənubi Qafqaz regionunda sabitlik və tərəqqini dəstəkləmək ideyasına sadiqdir. Bu da bütün region ölkələrinin maraqlarına uyğundur. Bizim siyasətimiz, fəaliyyətimiz və tərəfdaşlarımızla əməkdaşlığımız yalnız bu öhdəlikləri əks etdirir” - deyə ABŞ-ın Azərbaycandakı səfirliyindən “İnterfaks-Azərbaycan”a bildiriblər. Bundan əvvəl virtualaz.org saytında Karen Hillalrdın məktubundan bəhs edən məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, K.Hillardın məktubunda İrəvandakı aksiyaların zəifləməsindən narahatlıq ifadə olunur, bunun Azərbaycanda da oxşar etiraz aksiyaları təşkilini poza biləcəyi vurğulanırdı. Geri dön |